Azərbaycan şirkətinin xalis mənfəəti 4 dəfədən çox azalıb
- 29 iyul, 2026
- 10:14
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda ticarət və istehsalat avadanlıqları, həmçinin müxtəlif sənaye sahələri üçün həllər təqdim edən "Alpa" ASC 2025-ci ili 4,6 min manat xalis mənfəətlə başa vurub.
"Report" səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 4,4 dəfə azdır.
Ötən il "Alpa"nın vergiyəqədərki mənfəəti 5,8 min manat (əvvəlki ilə nisbətən 4,4 dəfə az), mənfəət vergisi ödəmələri isə 1,2 min manat (5 dəfə az) təşkil edib.
Bu il yanvarın 1-nə "Alpa"nın aktivləri 822 min manat olub ki, bu da illik müqayisədə 7 dəfə çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 36,1 dəfə artaraq 613 min manata, balans kapitalı isə 2,1 dəfə artaraq 210 min manata, o cümlədən nizamnamə kapitalı 41 dəfə artaraq 205 min manata çatıb.
Xatırladaq ki, "Alpa" 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Onun səhmdarı 100 % Sima İsmayılovadır.