Azərbaycan Səudiyyə Ərəbistanına kürü ixrac etməyə başlayıb
- 10 may, 2024
- 12:25
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral aylarında Azərbaycan 103 min ABŞ dolları dəyərində 0,10 ton qara kürü (nərə balıqlarının kürüsü) ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 6 dəfə, kəmiyyət olaraq – 9 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Amerika Birləşmiş Ştatlarına (ABŞ) 42,25 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 7 dəfə) 0,05 ton (+5 dəfə), Birləşmiş Ərəb Əmirliklərinə 33,71 min ABŞ dolları dəyərində 0,03 ton (bir il əvvəl tədarük olmayıb), Təyin olunmayan ölkəyə (Rüsumsuz Ticarət Mağazasından alınıb) 18,14 min ABŞ dolları dəyərində (+64 %) 0,01 ton (dəyişməyib) və Səudiyyə Ərəbistanına 8,68 min ABŞ dolları dəyərində 0,01 ton qara kürü satıb.
Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Səudiyyə Ərəbistanına tədarük həyata keçirilib.