Azərbaycan Səudiyyə Ərəbistanına fındıq satışını bərpa edib
- 14 may, 2025
- 11:48
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral aylarında Azərbaycan 28,1 milyon ABŞ dolları dəyərində 4 045 ton meşə fındığı ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 23 %, kəmiyyət olaraq – 7 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyaya 11,4 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 15 % az) 1 746 ton (-28 %), Almaniyaya 7,4 milyon ABŞ dolları dəyərində (+2,4 dəfə) 951 ton (+2,3 dəfə), İsveçrəyə 2,2 milyon ABŞ dolları dəyərində (+3,4 dəfə) 300 ton (+3 dəfə), İtaliyaya 2,2 milyon ABŞ dolları dəyərində (+15 %) 280 ton (+6 %), Türkiyəyə 2 milyon ABŞ dolları dəyərində (+7 dəfə) 301 ton (+7 dəfə) məhsul satıb.
Azərbaycan 5 il 7 aylıq fasilənin ardından Səudiyyə Ərəbistanına (0,1 min ABŞ dolları dəyərində 0,01 ton) fındıq satışını bərpa edib.
2024-cü ildə Azərbaycandan ixrac edilmiş 20,17 min ton meşə fındığının 57 %-i Rusiyanın payına düşüb.