Azərbaycan Serbiyaya ərik ixrac etməyə başlayıb

Biznes
  • 21 avqust, 2025
  • 12:06
Azərbaycan Serbiyaya ərik ixrac etməyə başlayıb

Bu ilin I yarısında Azərbaycandan xarici ölkələrə 5,5 milyon ABŞ dolları dəyərində 5 386 ton təzə ərik göndərilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 4,6 dəfə, kəmiyyət olaraq – 4,5 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyaya 4,6 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 4,3 dəfə çox) 4 321 ton (4 dəfə çox), Ukraynaya 502 min ABŞ dolları dəyərində 713 ton (1 il əvvəl tədarük olmayıb), Belarusa 123 min ABŞ dolları dəyərində (2 dəfə çox) 68,1 ton (95 % çox), Serbiyaya 95,9 min ABŞ dolları dəyərində 95,3 ton, Moldovaya 37 min ABŞ dolları dəyərində 50 ton (1 il əvvəl tədarük olmayıb) ərik satıb.

Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Serbiyaya tədarük həyata keçirilib.