Azərbaycan Rumıniyaya çay ixracını bərpa edib
- 17 aprel, 2024
- 08:08
Yeniliklərdən dərhal xəbərdar olun!
2024-cü ilin yanvar ayında Azərbaycan 8,6 milyon ABŞ dolları dəyərində 1 min 714 ton qara çay idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 15 %, kəmiyyət olaraq – 10 % azdır.
Azərbaycana Şri-Lankadan 5,5 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 33 % azdır) 1 min 74 ton (-27 %), Rusiyadan 2,2 milyon ABŞ dolları dəyərində (+2,1 dəfə) 396 ton (+2,2 dəfə), Hindistandan 499 min ABŞ dolları dəyərində (+48 %) 159,2 ton (+81 %), Keniyadan 148 min ABŞ dolları dəyərində (+29 %) 48 ton (+2 dəfə), İrandan 110 min ABŞ dolları dəyərində (+5 %) 18,4 ton (-5 %) məhsul gətirilib.
Hesabat dövründə Azərbaycan 842 min ABŞ dolları dəyərində (-16 %) 87 ton (-22 %) qara çay ixrac edib.
Azərbaycan Gürcüstana 409 min ABŞ dolları dəyərində (-1 %) 41 ton (-11 %), Ukraynaya 224 min ABŞ dolları dəyərində (-24 %) 25 ton (-29 %), Səudiyyə Ərəbistanına 72 min ABŞ dolları dəyərində (-0,7 %) 7,3 ton (+23 %), Polşaya 32,25 min ABŞ dolları dəyərində 3,1 ton (bir il əvvəl tədarük olmayıb), Təyin olmayan ölkəyə (Rüsumsuz Ticarət Mağazasından alınıb) 23 min ABŞ dolları dəyərində (+21 %) 1,35 ton (+19 %) məhsul satıb.
Azərbaycan 5 il 6 aylıq fasilənin ardından Rumıniyaya (14,3 min ABŞ dolları dəyərində 0,9 ton) tədarükü bərpa edib.