Azərbaycan Rumıniyadan qum tədarükünü bərpa edib
- 02 avqust, 2023
- 12:25
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-may aylarında Azərbaycana 2,1 milyon ABŞ dolları dəyərində 30 min 915 ton qum (silisumlu, kvarslı, digər növlərdən olan təbii qum) idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötənj ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 10,3 % çoxdur, kəmiyyət olaraq – 1,7 % azdır.
Hesabat dövründə Azərbaycan Rusiyadan 1,7 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 17 % çoxdur) 29 min 622 ton (-0,6 %), Türkiyədən 221 min ABŞ dolları dəyərində (+51 %) 771 ton (+36 %), Amerika Birləşmiş Ştatlarından 95 min ABŞ dolları dəyərində 101 ton (bir il əvvəl tədarük olmayıb), İrandan 59 min ABŞ dolları dəyərində (-68 %) 405 ton (-58 %), Böyük Britaniyadan 30 min ABŞ dolları dəyərində (-46 %) 4,5 ton (-69 %) qum alıb.
Azərbaycan 1 il 11 aylıq fasilənin ardından Rumıniyadan (1,1 min ABŞ dolları dəyərində 0,25 ton) qum tədarükünü bərpa edib.