Azərbaycan Qrenlandiyadan skumbriya balığının alışını 10 dəfə artırıb
- 23 noyabr, 2023
- 12:27
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 2,42 milyon ABŞ dolları dəyərində 1 min 247 ton skumbriya balığı (dondurulmuş) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 27 %, kəmiyyət olaraq – 19 % çoxdur.
Hesabat dövründə Azərbaycan İslandiyadan 1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 48 % çoxdur) 537 ton (+22 %), Qrenlandiyadan 795 min ABŞ dolları dəyərində (+10,5 dəfə) 479 ton (+10 dəfə), Norveçdən 373 min ABŞ dolları dəyərində (+71 %) 162 ton (+53 %), Farer adalarından 121 min ABŞ dolları dəyərində (-28 %) 49 ton (-36 %), Rusiyadan 49 min ABŞ dolları dəyərində (-84 %) 20 ton (-89 %) məhsul alıb.
2022-ci ildə Azərbaycana (8 ölkədən) idxal edilən 2 min 727 ton skumbriya balığının 37,4 %-i İslandiyanın, 36,6 %-i Qrenlandiyanın, 8 %-i Norveçin, 7 %-i Rusiyanın payına düşüb.