Azərbaycan Qətərə kürü ixrac etməyə başlayıb

Biznes
  • 11 mart, 2024
  • 13:47
Azərbaycan Qətərə kürü ixrac etməyə başlayıb

2023-cü ildə Azərbaycan 587 min ABŞ dolları dəyərində 0,65 ton qara kürü (nərə balıqlarının kürüsü) ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 28 %, kəmiyyət olaraq – 51 % çoxdur.

Hesabat dövründə Azərbaycan Amerika Birləşmiş Ştatlarından 157,95 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 74 % çoxdur) 0,2 ton (+83 %), təyin olunmayan ölkəyə (Rüsumsuz Ticarət Mağazasından alınıb) 138,7 min ABŞ dolları dəyərində (+41 %) 0,1 ton (+60 %), Rusiyaya 131,7 min ABŞ dolları dəyərində (+2,2 dəfə) 0,2 ton (+2,3 dəfə), Birləşmiş Ərəb Əmirliklərinə 126,85 min ABŞ dolları dəyərində (-20 %) 0,1 ton (-14 %), Sinqapura 29,3 min ABŞ dolları dəyərində (+81 %) 0,02 ton (+2 dəfə) qara kürü satıb.

Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Qətərə (2,6 min ABŞ dolları dəyərində 0,01 ton) tədarük həyata keçirilib.

44 - Tezliklə