Azərbaycan Polşaya tütün ixracını bərpa edib
- 12 fevral, 2025
- 15:40
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 21,84 milyon ABŞ dolları dəyərində 6 739 ton tütün ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 4,4 dəfə, kəmiyyət olaraq – 3 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinə 5,7 milyon ABŞ dolları dəyərində 1 164 ton (bir il əvvəl tədarük olmayıb), İtaliyaya 4,3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 149 dəfə çoxdur) 1 387 ton (+139 dəfə), Bolqarıstana 4 milyon ABŞ dolları dəyərində (+4 dəfə) 1 346 ton (+4,6 dəfə), Yunanıstana 2,3 milyon ABŞ dolları dəyərində (+27 dəfə) 777 ton (+39 dəfə), Rusiyaya 1,7 milyon ABŞ dolları dəyərində (-32 %) 846 ton (-39 %) məhsul satıb.
Azərbaycan 2 il 8 aylıq fasilənin ardından Polşaya tədarükü (158 min ABŞ dolları dəyərində 53 ton) bərpa edib.