Azərbaycan Polşadan fiber-optik kabel alışını kəskin artırıb

Biznes
  • 05 noyabr, 2024
  • 11:34
Azərbaycan Polşadan fiber-optik kabel alışını kəskin artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 26,8 milyon ABŞ dolları dəyərində 7 min 197 ton fiber-optik kabel idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 42 %, kəmiyyət olaraq – 95 % çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 13,4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 92 % çoxdur) 4 min 252 ton (+2,5 dəfə), Rusiyadan 4,2 milyon ABŞ dolları dəyərində (+4,2 %) 811 ton (+17 %), Türkiyədən 6 milyon ABŞ dolları dəyərində (+10 %) 1 min 572 ton (+65 %), Belarusdan 2,7 milyon ABŞ dolları dəyərində (+44 %) 531 ton (+54 %), Polşadan 141,1 min ABŞ dolları dəyərində (+78 dəfə) 20 ton (+2 000 dəfə) kabel alıb.

2023-cü ildə Azərbaycana 36 ölkədən idxal edilmiş 5,65 min ton fiber-optik kabelin 50,5 %-i Çinin payına düşüb.

44 - Tezliklə