Azərbaycan Pakistan və Hindistandan pekan qozu tədarük etməyə başlayıb
- 20 noyabr, 2025
- 16:32
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 25,2 min ABŞ dolları dəyərində 2,5 ton pekan qozu idxal edib.
"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 5 % çox, kəmiyyət olaraq – 8 % azdır.
Hesabat dövründə Çindən 12,1 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 27 % çox) 1,6 ton (+6,7 %), Amerika Birləşmiş Ştatlarından 6,4 min ABŞ dolları dəyərində 0,4 ton (1 il əvvəl tədarük olmayıb), Pakistandan 2,7 min ABŞ dolları dəyərində 0,1 ton, Almaniyadan 2,3 min ABŞ dolları dəyərində (+55 %) 0,2 ton (+90 %), Hindistandan 1,3 min ABŞ dolları dəyərində 0,2 ton məhsul alınıb.
Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Pakistan və Hindistandan tədarük həyata keçirilib.