Azərbaycan Özbəkistanla iqtisadi əlaqələri gücləndirməyi müzakirə edib
- 10 iyul, 2024
- 11:27
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan və Özbəkistan arasında iqtisadi əlaqələrin gücləndirilməsi ilə bağlı növbəti addımlar müzakirə edilib.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib
"Özbəkistanın investisiya, sənaye və ticarət naziri, həmkarım Ləziz Kudratovla Buxarada yenidən görüşmək xoş oldu. Müzakirələrimiz Azərbaycan və Özbəkistan iqtisadi işbirliyinin pozitiv nəticələrini və onun möhkəmləndirilməsilə bağlı növbəti addımları əhatə edib", - deyə o qeyd edib.
Özbəkistanın investisiya, sənaye və ticarət naziri, həmkarım Ləziz Kudratovla Buxarada yenidən görüşmək xoş oldu. Müzakirələrimiz #Azərbaycan-#Özbəkistan #iqtisadi işbirliyinin pozitiv nəticələrini və onun möhkəmləndirilməsilə bağlı növbəti addımları əhatə etdi.@MIIT_Uz… pic.twitter.com/PDKMJQkLI0
— Mikayil Jabbarov (@MikayilJabbarov) July 10, 2024