Azərbaycan Özbəkistandan püstə alışını bərpa edib

Biznes
  • 25 fevral, 2025
  • 11:38
Azərbaycan Özbəkistandan püstə alışını bərpa edib

2024-cü ildə Azərbaycan 3,3 milyon ABŞ dolları dəyərində 336 ton püstə idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü illə müqayisədə dəyər ifadəsində 48 %, kəmiyyət olaraq – 31 % çoxdur.

Hesabat dövründə Azərbaycan Türkiyədən 1,5 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 73 % çox) 119,4 ton (+45 %), İrandan 1,3 milyon ABŞ dolları dəyərində (+23 %) 175 ton (+25 %), Özbəkistandan 262,5 min ABŞ dolları dəyərində 17,5 ton, Amerika Birləşmiş Ştatlarından 229 min ABŞ dolları dəyərində (-18 %) 23 ton (-23 %), Qırğızıstandan 28 min ABŞ dolları dəyərində (-40 %) 1,5 ton (-70 %) püstə alıb.

Azərbaycan 2 il 10 aylıq fasilədən sonra Özbəkistandan tədarükü bərpa edib.

2023-cü ildə Azərbaycana 6 ölkədən idxal edilmiş 257 ton püstənin 54,4 %-i İranın, 31,5 %-i Türkiyənin payına düşüb.