Azərbaycan Özbəkistandan avtobus idxalını bərpa edib
- 24 fevral, 2025
- 16:07
Yeniliklərdən dərhal xəbərdar olun!
2024-cü ildə Azərbaycan 68,1 milyon ABŞ dolları dəyərində 405 ədəd avtobus idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü illə müqayisədə dəyər ifadəsində 7 dəfə, kəmiyyət olaraq – 2,5 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Çindən 56,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 45 dəfə çoxdur) 237 ədəd (+26 dəfə), Cənubi Koreyadan 4 milyon ABŞ dolları dəyərində (+47 %) 78 ədəd (+50 %), Almaniyadan 3,6 milyon ABŞ dolları dəyərində (+76 %) 56 ədəd (+1,8 %), Türkiyədən 2,3 milyon ABŞ dolları dəyərində (-28 %) 17 ədəd (-56 %), İspaniyadan 1,6 milyon ABŞ dolları dəyərində (+28 dəfə) 7 ədəd (+7 dəfə) avtobus alıb.
Azərbaycan 10 il 10 aylıq fasilənin ardından Özbəkistandan tədarükü (243 min ABŞ dolları dəyərində 5 ədəd) bərpa edib.
2023-cü ildə Azərbaycana 8 ölkədən idxal edilmiş 163 ədəd avtobusun 33,7 %-i Almaniyanın, 32 %-i Cənubi Koreyanın payına düşüb.