Azərbaycan Özbəkistana mis filizinin satışını bərpa edib
- 23 aprel, 2025
- 14:11
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral aylarında Azərbaycan 3,5 milyon ABŞ dolları dəyərində 2 588 ton mis filizi və konsentratı ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 10 dəfə, kəmiyyət olaraq – 14 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Gürcüstana 2,4 milyon ABŞ dolları dəyərində 1 983 ton, İsveçrəyə 751,4 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 2,2 dəfə çoxdur) 234,7 ton (+26 %) və Özbəkistana 341,8 min ABŞ dolları dəyərində 369,9 ton məhsul satıb.
Azərbaycan 1 il 2 aylıq fasilənin ardından Özbəkistana mis filiz və konsentratının tədarükünü bərpa edib
2024-cü ildə Azərbaycandan ixrac edilmiş 1 221 ton mis filiz və konsentratının 67,3 %-i İsveçrənin %-i payına düşüb.