Azərbaycan ötən il Türkiyədən 46 milyon dollarlıq tekstil idxal edib

Biznes
  • 07 yanvar, 2023
  • 11:47
Azərbaycan ötən il Türkiyədən 46 milyon dollarlıq tekstil idxal edib

2022-ci ildə Azərbaycan Türkiyədən 46,489 milyon ABŞ dolları dəyərində tekstil məhsulları idxal edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) hesabatında deyilir.

Məlumata görə, bu, 2022-ci ilin göstəricisi ilə müqayisədə 33,1 % çoxdur.

Təkcə ötən ilin dekabr ayında Türkiyə Azərbaycana 3,942 milyon ABŞ dollarlıq tekstil məhsulları ixrac edib ki, bu da, illik müqayisədə 9,9 % çoxdur.

Ötən il Türkiyənin ümumi tekstil məhsullarının ixracının dəyəri illik müqayisədə 2,1 % artaraq 10,359 milyard ABŞ dollarına, dekabr ayında isə 14,3 % azalaraq 0,799 milyard ABŞ dollarına çatıb.