Azərbaycan Omandan polipropilen tədarük etməyə başlayıb

Biznes
  • 12 mart, 2024
  • 06:48
Azərbaycan Omandan polipropilen tədarük etməyə başlayıb

Ötən il Azərbaycan 110 milyon ABŞ dolları dəyərində 101 min 336 ton polipropilen ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 20 %, kəmiyyət olaraq – 44 % çoxdur.

Azərbaycan Rusiyaya 76,51 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 51 % çoxdur) 65 min 468 ton (+79 %), Türkiyəyə 30,9 milyon ABŞ dolları dəyərində (-3 %) 33 min 615 ton (+20 %), Gürcüstana 954 min ABŞ dolları dəyərində 1 min ton (bir il əvvəl tədarük olmayıb), İrana 678 min ABŞ dolları dəyərində (+17 %) 455,4 ton (+44 %), Özbəkistana 641 min ABŞ dolları dəyərində (+26 dəfə) 520 ton (+25 dəfə) məhsul satıb.

Hesabat dövründə Azərbaycana 18,8 milyon ABŞ dolları dəyərində (+10 %) 14 min 183 ton (+33 %) polipropilen idxal edilib.

Azərbaycan Koreyadan 8,6 milyon ABŞ dolları dəyərində (+7,2 %) 6 min 269 ton (+44 %), Səudiyyə Ərəbistanından 6 milyon ABŞ dolları dəyərində (+12 %) 4 min 631 ton (+28 %), Türkmənistandan 1,62 milyon ABŞ dolları dəyərində (+51 %) 1 min 305 ton (+61 %), Rusiyadan 1,54 milyon ABŞ dolları dəyərində (+3,8 dəfə) 1 min 359 ton (+5,4 dəfə), İrandan 440 min ABŞ dolları dəyərində (-80 %) 311 ton (-80 %) məhsul alıb.

Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Omandan (104 min ABŞ dolları dəyərində 94 ton) tədarük həyata keçirilib.

44 - Tezliklə