Azərbaycan Misirdən PVC alışını bərpa edib
- 17 yanvar, 2025
- 10:29
2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycan 23,1 milyon ABŞ dolları dəyərində 28 171 ton polivinilxlorid (PVC) idxal edib.
"Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 15 %, kəmiyyət olaraq – 21 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 17,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 37 % çoxdur) 22 432 ton (+51 %), İrandan 3,1 milyon ABŞ dolları dəyərində (-26 %) 3 388 ton (-19 %), Türkiyədən 1,5 milyon ABŞ dolları dəyərində (+35 %) 1 221 ton (+38 %), Amerika Birləşmiş Ştatlarından (ABŞ) 794 min ABŞ dolları dəyərində (-88 %) 752 ton (-90 %), Çindən 206 min ABŞ dolları dəyərində (+2 dəfə) 169 ton (+3 dəfə) məhsul alıb.
Azərbaycan 1 il 9 ayın tamamında Misirdən (22,1 min ABŞ dolları dəyərində 25 ton) tədarükü bərpa edib.