Azərbaycan meyvə-tərəvəz idxalını azaldıb

Biznes
  • 20 sentyabr, 2023
  • 11:13
Azərbaycan meyvə-tərəvəz idxalını azaldıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 205 min 708 ton meyvə-tərəvəz idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə meyvə və tərəvəzin dəyəri 139 milyon 791 min ABŞ dolları təşkil edib.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 33 min 725 ton (14 %), dəyər baxımından isə 11 milyon 403 min ABŞ dolları azdır.

Hesabat dövründə meyvə-tərəvəz idxalı Azərbaycanın ümumi idxalının 1,25 %-ni təşkil edib.

44 - Tezliklə