Azərbaycan Mavritaniyadan ananas alışını bərpa edib

Biznes
  • 11 aprel, 2025
  • 14:53
Azərbaycan Mavritaniyadan ananas alışını bərpa edib

Bu ilin yanvar ayında Azərbaycan 289 min ABŞ dolları dəyərində 271,5 ton ananas (təzə və yaxud qurudulmuş) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 37 %, kəmiyyət olaraq – 38 % çoxdur.

Hesabat dövründə Azərbaycan Kosta-Rikadan 287,5 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 85 % çoxdur) 271 ton (+49 %), Mavrikiyadan 0,4 min ABŞ dolları dəyərində (+27 %) 0,1 ton (+17 %), Cənubi Afrikadan 0,35 min ABŞ dolları dəyərində (-30 %) 0,1 ton (-30 %), İrandan 0,3 min ABŞ dolları dəyərində (-41 %) 0,2 ton (+2,3 dəfə), Mavritaniyadan 0,2 min ABŞ dolları dəyərində 0,04 ton ananas alıb.

Azərbaycan 1 il 1 aylıq fasilənin ardından Mavritaniyadan ananas tədarükünü bərpa edib.