Azərbaycan Liviya və Suriyaya bulğur ixrac etməyə başlayıb

Biznes
  • 27 fevral, 2025
  • 17:21
Azərbaycan Liviya və Suriyaya bulğur ixrac etməyə başlayıb

2024-cü ildə Azərbaycan 1,2 milyon ABŞ dolları dəyərində 2 000 ton bulğur buğdası idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin göstəricisindən dəyər ifadəsində 16 %, kəmiyyət olaraq – 37 % çoxdur.

Azərbaycan Türkiyədən 1,15 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 10 % çoxdur) 1 900 ton (+30 %), Rusiyadan 63 min ABŞ dolları dəyərində (+788 dəfə) 100 ton (+2 000 dəfə) və Rusiyadan 0,4 min ABŞ dolları dəyərində (dəyişməyib) 0,1 ton (-9 %) məhsul alıb.

Hesabat dövründə Azərbaycandan xarici ölkələrə 14,8 min ABŞ dolları dəyərində (+3,5 dəfə) 9,7 ton (+3 dəfə) bulğur buğdası göndərib.

Azərbaycan Suriyaya 14,3 min ABŞ dolları dəyərində 9,2 ton və Liviyaya 0,5 min ABŞ dolları dəyərində 0,5 ton məhsul satıb.

Ötən il hər iki ölkəyə son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq tədarük həyata keçirilib. 

44 filmi