Azərbaycan Latviyadan taxta-şalban idxalını bərpa edib
- 23 dekabr, 2024
- 13:38
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 4,2 milyon ABŞ dolları dəyərində 3 min 568 ton taxta-şalban idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 12 %, kəmiyyət olaraq – 15 % azdır.
Hesabat dövründə Azərbaycan Rusiyadan 1,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 26 % azdır) 1 min 189 ton (-16 %), Belarusdan 1 milyon ABŞ dolları dəyərində (-27 %) 1 min 383 ton (-16 %), Çindən 948 min ABŞ dolları dəyərində (+28 %) 515 ton (+14 %), İspaniyadan 248 min ABŞ dolları dəyərində (+4,5 dəfə) 29,2 ton (+4 dəfə), Ukraynadan 235 min ABŞ dolları dəyərində (-44 %) 278 ton (-40 %) məhsul alıb.
Azərbaycan 3 il 3 aylıq fasilənin ardından Latviyadan (6,5 min ABŞ dolları dəyərində 1,4 ton) tədarükü bərpa edib.
2023-cü ildə Azərbaycana 16 ölkədən idxal edilmiş 4 min 981 ton taxta-şalbanın 38,5 %-i Belarusun, 36,2 %-i Rusiyanın payına düşüb.