Azərbaycan Kiprə metanol ixrac etməyə başlayıb

Biznes
  • 13 mart, 2025
  • 17:13
Azərbaycan Kiprə metanol ixrac etməyə başlayıb

2024-cü ildə Azərbaycan 104,4 milyon ABŞ dolları dəyərində 474 066 ton metanol (metil spirti) ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin göstəricisindən dəyər ifadəsində 16 % çoxdur, kəmiyyət olaraq – 5 % azdır.

Hesabat dövründə Azərbaycan Niderlanda 26,1 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 2,2 dəfə çox) 116 120 ton (+72 %), Türkiyəyə 21,7 milyon ABŞ dolları dəyərində (+4,4 %) 102 138 ton (-8 %), İtaliyaya 16,9 milyon ABŞ dolları dəyərində (+24 %) 75 742 ton (-3 %), Rumıniyaya 12,3 milyon ABŞ dolları dəyərində (-24 %) 55 225 ton (-36 %), İsrailə 11,2 milyon ABŞ dolları dəyərində (+2,8 dəfə) 51 276 ton (+2,3 dəfə) məhsul satıb.

Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Kiprə tədarük (1,7 milyon ABŞ dolları dəyərində 6 157 ton) həyata keçirilib.

2023-cü ildə Azərbaycandan 10 ölkəyə ixrac edilmiş 501 min 571 ton metanolun 22 %-i Türkiyənin, 17,1 %-i Rumıniyanın, 15,5 %-i İtaliyanın payına düşüb.