Azərbaycan kağız idxalına çəkdiyi xərci 57 % artırıb
- 26 fevral, 2022
- 09:28
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar ayında Azərbaycan 15,843 milyon ABŞ dolları dəyərində kağız və karton, kağız kütlədən, kağızdan və ya kartondan hazırlanan məmulatlar idxal edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,728 milyon ABŞ dolları (56,6 %) çoxdur.
Yanvar ayı ərzində Azərbaycanın kağız və karton, kağız kütlədən, kağızdan və ya kartondan hazırlanan məmulatlar ixracının dəyəri isə 86 min ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 100 min ABŞ dolları (2,2 dəfə) azdır.
Hesabat dövründə kağız və karton, kağız kütlədən, kağızdan və ya kartondan hazırlanan məmulatlar üzrə idxal Azərbaycanın ümumi idxalının 1,63 %-ni, ixrac isə ümumi ixracın 0 %-ni təşkil edib.