Azərbaycan İtaliyadan qarğıdalı yağının alışını 7 dəfə artırıb

Biznes
  • 14 may, 2025
  • 13:44
Azərbaycan İtaliyadan qarğıdalı yağının alışını 7 dəfə artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 3,3 milyon ABŞ dolları dəyərində 1 970 ton qarğıdalı yağı idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 13 %, kəmiyyət olaraq – 20 % azdır.

Hesabat dövründə Azərbaycan Rusiyadan 1,9 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 14 % azdır) 1 278 ton (-20 %), Türkiyədən 1,1 milyon ABŞ dolları dəyərində (-25 %) 582 ton (-32 %), İtaliyadan 230,2 min ABŞ dolları dəyərində (+6 dəfə) 109 ton (+7 dəfə) və Almaniyadan 0,8 min ABŞ dolları dəyərində (-64 %) 0,1 ton (-62 %) qarğıdalı yağı alıb.

2024-cü ildə Azərbaycana idxal edilmiş 19 min ton qarğıdalı yağının 40 %-i Rusiyanın, 31 %-i ABŞ-nin, 28 %-i Türkiyənin payına düşüb.