Azərbaycan İtaliyadan günəbaxan yağının idxalını kəskin artırıb
- 14 aprel, 2025
- 17:49
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral aylarında Azərbaycana xaricdən 13,54 milyon ABŞ dolları dəyərində 10 799 ton günəbaxan yağı gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 65 %, kəmiyyət olaraq – 8 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 13,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 13 % çoxdur) 10 540 ton (-21 %), Türkiyədən 418 min ABŞ dolları dəyərində (-3 %) 242 ton (-15 %), İtaliyadan 35 min ABŞ dolları dəyərində (+2,2 dəfə) 15,6 ton (+2,1 dəfə), Belarusdan 1,31 min ABŞ dolları dəyərində (-52 %) 0,73 ton (-52 %) və Almaniyadan 0,45 min ABŞ dolları dəyərində 0,11 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.
2024-cü ildə Azərbaycana idxal edilmiş 66 786 ton günəbaxan yağının 98 %-i Rusiyanın payına düşüb.