Azərbaycan İsrailə ixracını 50 %-dən çox artırıb
- 01 dekabr, 2021
- 13:56
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan və İsrail arasında ümumi dəyəri 645 milyon 915,77 min ABŞ dolları olan ticarət dövriyyəsi həyata keçirilib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 212 milyon 223,34 min ABŞ dolları və yaxud 48,93 % çoxdur.
Hesabat dövründə iki ölkə arasında həyata keçirilən ticarət dövriyyəsi ümumi xarici ticarətin 2,47 %-nə bərabər olub.
Bu ilin on ayında Azərbaycanın İsrailə ixracının dəyəri 618 milyon 75,38 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 207 milyon 200,22 min ABŞ dolları və yaxud 50,43 % çoxdur.
Azərbaycanın İsraildən idxalının dəyəri isə 27 milyon 840,39 min ABŞ dolları təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 5 milyon 23,12 min ABŞ dolları və yaxud 22 % çoxdur.
Azərbaycanın İsrailə ixracı ümumi ixracının 3,67 %-nə, İsraildən idxalı isə ümumi idxalının 0,3 %-nə bərabər olub.