Azərbaycan İspaniyadan kolbasa alışını kəskin artırıb

Biznes
  • 18 aprel, 2025
  • 15:14
Azərbaycan İspaniyadan kolbasa alışını kəskin artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 2,4 milyon ABŞ dolları dəyərində 945 ton kolbasa idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 5 % azdır, kəmiyyət olaraq – 10 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 1,8 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 4 % çoxdur) 817 ton (+17 %), Belarusdan 257 min ABŞ dolları dəyərində (-13 %) 51,5 ton (-86 %), Almaniyadan 214 min ABŞ dolları dəyərində (-29 %) 56,4 ton (-31 %), Türkiyədən 110,4 milyon ABŞ dolları dəyərində (-33 %) 19 ton (-14 %), İspaniyadan 13,2 min ABŞ dolları dəyərində (+15 dəfə) 0,9 ton (+18 dəfə) kolbasa alıb.

2024-cü ildə Azərbaycana idxal edilmiş 6 291 ton kolbasanın 82 %-i Rusiyanın payına düşüb.

44 - Tezliklə