Azərbaycan iki ölkəyə noxud ixrac etməyə başlayıb
- 15 mart, 2024
- 06:41
Yeniliklərdən dərhal xəbərdar olun!
2023-cü ildə Azərbaycan 890 min ABŞ dolları dəyərində 1 min 325 ton qurudulmuş noxud ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 2,2 dəfə, kəmiyyət olaraq – 3 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyaya 668,5 min ABŞ dolları (bir il əvvəlki göstəricidən 70 % çoxdur) dəyərində 1 min 45 ton (+2,5 dəfə), Özbəkistana 199,8 min ABŞ dolları dəyərində 260 ton (bir il əvvəl tədarük olmayıb), Türkiyəyə 21,4 min ABŞ dolları dəyərində (+40 %) 20 ton (-17 %), Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 0,2 min ABŞ dolları dəyərində (-63 %) 0,1 ton (-65 %), Qətərə 0,03 min ABŞ dolları dəyərində 0,02 ton noxud satıb.
Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq BƏƏ-yə və Qətərə tədarük həyata keçirilib.