Azərbaycan iki ölkədən üzüm şirəsinin idxalını bərpa edib
- 01 iyul, 2025
- 17:07
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Azərbaycan 13 min ABŞ dolları dəyərində 9 ton üzüm şirəsi idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 55 %, kəmiyyət olaraq – 34 % azdır.
Hesabat dövründə Azərbaycan İtaliyadan 8 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 54 % az) 3,9 ton (-57 %), İsraildən 3,3 min ABŞ dolları dəyərində (-70 %) 3,3 ton (-27 %), Türkmənistandan 1 min ABŞ dolları dəyərində 1,3 ton (bir il əvvəl tədarük olmayıb), Avstriyadan 0,4 min ABŞ dolları dəyərində 0,1 ton, İspaniyadan 0,3 min ABŞ dolları dəyərində 0,2 ton üzüm şirəsi alıb.
Azərbaycan 10 il 2 ayın tamamında Avstriyadan və 4 il 8 aylıq aradan sonra İspaniyadan tədarükü bərpa edib.