Azərbaycan iki ölkədən qum tədarükünü bərpa edib

Biznes
  • 15 mart, 2025
  • 14:31
Azərbaycan iki ölkədən qum tədarükünü bərpa edib

2024-cü ildə Azərbaycan 5,9 milyon ABŞ dolları dəyərində 86 453 ton qum (silisumlu, kvarslı, digər növlərdən olan təbii qum) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin göstəricisindən dəyər ifadəsində 11 %, kəmiyyət olaraq – 7,5 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 4,8 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 15 % çoxdur) 82 813 ton (+8,7 %), Türkiyədən 602 min ABŞ dolları dəyərində (-8 %) 2 038 ton (-11 %), Bolqarıstandan 237 min ABŞ dolları dəyərində 581 ton, İrandan 163 min ABŞ dolları dəyərində (-37 %) 944 ton (-45 %), Böyük Britaniyadan 52 min ABŞ dolları dəyərində (-39 %) 10 ton (-29 %) qum alıb.

Azərbaycan 1 il 6 aylıq fasilənin ardından İsveçdən (1,8 min ABŞ dolları dəyərində 1,6 ton) və Bolqarıstandan tədarükü bərpa edib.