Azərbaycan iki ölkədən lift tədarükünü bərpa edib

Biznes
  • 11 yanvar, 2024
  • 10:17
Azərbaycan iki ölkədən lift tədarükünü bərpa edib

Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycana 17,72 milyon ABŞ dolları dəyərində 1 min ədəd lift və skipli yük qaldırıcı idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 27,6 %, kəmiyyət olaraq – 33 % azdır.

Hesabat dövründə Azərbaycan Çindən 14,14 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 17 % çoxdur) 746 ədəd (+7,8 %), Türkiyədən 1,57 milyon ABŞ dolları dəyərində (-50 %) 165 ədəd (-48 %), Slovakiyadan 663 min ABŞ dolları dəyərində (-39 %) 24 ədəd (-20 %), Tailanddan 509 min ABŞ dolları dəyərində (-65 %) 14 ədəd (-61 %), Koreyadan 362 min ABŞ dolları dəyərində (-20 %) 11 ədəd (-35 %) məhsul alıb.

Azərbaycan 3 il 3 aylıq fasilənin ardından Bolqarıstandan (37 min ABŞ dolları dəyərində 8 ədəd) və Avstriyadan (77,12 min ABŞ dolları dəyərində 3 ədəd) tədarükü bərpa edib.

44 - Tezliklə