Azərbaycan iki ölkədən avtomobil idxalını bərpa edib

Biznes
  • 23 may, 2023
  • 10:46
Azərbaycan iki ölkədən avtomobil idxalını bərpa edib

Bu ilin yanvar-mart aylarında Azərbaycana xaricdən 194,5 milyon ABŞ dolları dəyərində 15 min 761 ədəd minik avtomobili (benzin və dizel mühərrikli) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 63 %, kəmiyyət olaraq – 24 % çoxdur.

Hesabat dövründə Azərbaycan Koreyadan 46,6 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 66 % çoxdur) 5 min 226 ədəd (+43 %), Almaniyadan 30 milyon ABŞ dolları dəyərində (+59 %) 2 min 998 ədəd (+35 %), Yaponiyadan 29,95 milyon ABŞ dolları dəyərində (+2,7 dəfə) 1 min 451 ədəd (+2,1 dəfə), Amerika Birləşmiş Ştatlarından (ABŞ) 20,71 milyon ABŞ dolları dəyərində (+52 %) 1 min 403 ədəd (-14 %), Böyük Britaniyadan 19,92 milyon ABŞ dolları dəyərində (+3 dəfə) 731 ədəd (+53 %) avtomobil alıb.

Yeddi il 8 ayın tamamında Azərbaycan Ukraynadan (166 min ABŞ dolları dəyərində 1 ədəd) və 1 il 1 aylıq aradan sonra Sloveniyadan (4,1 min ABŞ dolları dəyərində 1 ədəd) minik avtomobillərinin tədarükünü bərpa edib.

2022-ci ildə Azərbaycana (32 ölkədən) idxal edilən 670,72 milyon ABŞ dolları dəyərində minik avtomobillərinin 19,34 %-i Almaniyanın, 19,3 %-i Koreyanın, 17 %-i Yaponiyanın payına düşüb.

44 - Tezliklə