Azərbaycan I yarımildə Gürcüstanın avtomobillərin ehtiyat hissələrini satdığı əsas bazar olub
- 21 iyul, 2026
- 12:21
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I yarısında Gürcüstan Azərbaycana 1,4 milyon ABŞ dolları dəyərində 94,4 ton avtomobillər üçün ehtiyat hissələri və aksesuar ixrac edib.
"Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünə nisbətən dəyər ifadəsində 8,4 %, kəmiyyət olaraq 62 % çoxdur.
Beləliklə Azərbaycan Gürcüstanın sözügedən məhsulları ixrac etdiyi ölkələr sırasında 1-ci yerdə qərarlaşıb.
Bu ilin ilk 6 ayında Gürcüstan xarici ölkələrə 3,3 milyon ABŞ dolları dəyərində 282 ton avtomobil aksesuarı və ehtiyat hissələri satıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 40 % və 10 % azdır.
Hesabat dövründə Gürcüstan Ermənistana 968 min ABŞ dolları dəyərində 89,7 ton, Honkonqa 250 min ABŞ dolları dəyərində 11,4 ton Türkiyəyə 231,4 min ABŞ dolları dəyərində 14,8 ton, Suriyaya 81,2 min ABŞ dolları dəyərində 31,7 ton tədarük həyata keçirib.
Xatırladaq ki, 2025-ci ildə Gürcüstan 9,45 milyon ABŞ dolları dəyərində 618 ton avtomobil aksesuarı və ehtiyat hissələri ixrac edib ki, bunun da 2,6 milyon ABŞ dolları dəyərində 115 tonu Azərbaycanın payına düşüb.