Azərbaycan Hindistandan konservləşdirilmiş balıq idxalını bərpa edib
- 17 oktyabr, 2024
- 09:23
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 8,3 milyon ABŞ dolları dəyərində 2 min 929 ton hazır və ya konservləşdirilmiş balıq idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 1,9 %, kəmiyyət olaraq – 9,2 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 5,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,2 dəfə çoxdur) 2 min 226 ton (+2,2 dəfə), Türkiyədən 1,3 milyon ABŞ dolları dəyərində (-21 %) 169 ton (-23 %), Latviyadan 1,1 milyon ABŞ dolları dəyərində (+16 %) 329 ton (+13 %), Çindən 889 min ABŞ dolları dəyərində (-66 %) 356 ton (-65 %), Belarusdan 456 min ABŞ dolları dəyərində (+25 %) 142 ton (+25 %) məhsul alıb.
Azərbaycan 1 il 10 aylıq fasilənin ardından Hindistandan (30 min ABŞ dolları dəyərində 6,5 ton) konservləşdirilmiş balıq tədarükünü bərpa edib.