Azərbaycan Gürcüstanla ticarət dövriyyəsini 12% artırıb
- 18 iyun, 2019
- 13:02
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-may aylarında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin dəyəri 317,546 mln. ABŞ dolları təşkil edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,779 mln. dollar, yaxud 12,7% çoxdur.
Hesabat dövründə iki ölkə arasındakı ticarət dövriyyəsinin ümumi dövriyyədəki payı 2,2% olub.
Yanvar-may aylarında Azərbaycanın Gürcüstana ixracının dəyəri 291,728 mln. dollar təşkil edib ki, bu da illik müqayisədə 39,268 mln. dollar, yaxud 15,55% çoxdur.
Hesabat dövründə Azərbaycanın Gürcüstandan idxalının dəyəri isə 25,818 mln. dollar təşkil edib ki, bu da illik müqayisədə 3,489 mln. dollar, yaxud 11,9% azdır.
Beləliklə, Azərbaycanın şimal-qərb qonşusu üzrə ixracının ümumi ixracdakı payı 3,4%, idxalının ümumi idxaldakı payı isə 0,4% olub.