Azərbaycan Gürcüstandan şərab idxalını artırıb

Biznes
  • 05 noyabr, 2021
  • 08:20
Azərbaycan Gürcüstandan şərab idxalını artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Gürcüstandan 181 727 şüşə şərab tədarük edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Şərab Agentliyindən bildirilib.

İllik müqayisədə məhsulun həcmində 8 % artım qeydə alınıb.

Hesabat dövründə Gürcüstandan 60 ölkəyə 83,8 milyon şüşə şərab ixrac olunub. Əldə olunan gəlir ötən ilin eyni dövrünə nisbətdə 11 % artaraq 194 milyon ABŞ dolları təşkil edib.

İlk 10 ayda strateji bazarlara - Polşa, Çin, ABŞ, Almaniya, Latviya, Litva, Yaponiya və Böyük Britaniyaya da gürcü şərabının ixracı artıb. Gürcüstandan ən çox şərab alan ölkələrin ilk beşliyində Rusiya, Ukrayna, Polşa, Çin və Belarus yer alıb.

44 - Tezliklə