Azərbaycan gübrə idxalına çəkdiyi xərci 13 % azaldıb

Biznes
  • 16 fevral, 2024
  • 11:32
Azərbaycan gübrə idxalına çəkdiyi xərci 13 % azaldıb

Bu ilin yanvar ayında Azərbaycan 4,3 milyon ABŞ dolları dəyərində gübrə idxal edib.

"Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,9 % azdır.

Hesabat dövründə Azərbaycanın gübrə ixracının dəyəri 10,4 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 9,9 % çoxdur.

Gübrə üzrə idxal xərcləri Azərbaycanın ümumi idxal xərclərinin 0,4 %-ni, ixrac gəlirləri isə ölkənin ümumi ixrac gəlirlərinin 0,6 %-ni təşkil edib.

Xatırladaq ki, bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə 2 milyard 986 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 9,2 % azdır.

Xarici ticarət dövriyyəsinin 1 milyard 844 milyon ABŞ dolları ixracın, 1 milyard 142 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 1,8 % azalıb, idxal isə 19,2 % azalıb.

Son nəticədə xarici ticarətdə 702 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 51,3 % çoxdur.

44 - Tezliklə