Azərbaycan Filippindən faner idxal etməyə başlayıb
- 01 mart, 2024
- 04:03
Yeniliklərdən dərhal xəbərdar olun!
2023-cü ildə Azərbaycan 34,3 milyon ABŞ dolları dəyərində 122 min 361 kubmetr yapışqanlı faner idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 11 % azdır, kəmiyyət olaraq – 42 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 25,6 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 25 % azdır) 89 min 203 kubmetr (+19,5 %), Belarusdan 8,7 milyon ABŞ dolları dəyərində (+2 dəfə) 33 min 143 kubmetr (+3 dəfə), Filippindən 33,95 min ABŞ dolları dəyərində 7,7 kubmetr, Türkiyədən 3,6 min ABŞ dolları dəyərində (-95,4 %) 6,2 kubmetr (-97,3 %), İspaniyadan 2,2 min ABŞ dolları dəyərində 0,9 kubmetr (bir il əvvəl tədarük olmayıb) material alıb.
Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Filippindən tədarük həyata keçirilib.