Azərbaycan əsas tədarük bazarından mərci alışını 6 dəfə artırıb
- 29 aprel, 2025
- 14:18
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral aylarında Azərbaycan 2,8 milyon ABŞ dolları dəyərində 3 770 ton mərci idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,6 dəfə, kəmiyyət olaraq – 3 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Qazaxıstandan 1,4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,1 dəfə çox) 2 156 ton (+2,6 dəfə), Rusiyadan 1,1 milyon ABŞ dolları dəyərində (+6 dəfə) 1 367 ton (+6 dəfə), Qırğızıstandan 190 min ABŞ dolları dəyərində (+4 %) 225 ton (+11 %), Kanadadan 14,5 min ABŞ dolları dəyərində 14 ton (bir il əvvəl tədarük olmayıb), İtaliyadan 9,65 min ABŞ dolları dəyərində 7 ton (bir il əvvəl tədarük olmayıb) mərci alıb.
2024-cü ildə Azərbaycana idxal edilmiş 8 262 ton mərcinin 45 %-i Rusiyanın, 37,4 %-i Qazaxıstanın payına düşüb.