Azərbaycan əsas tədarük bazarından kərə yağı alışını kəskin artırıb
- 02 may, 2024
- 14:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral aylarında Azərbaycana 15,42 milyon ABŞ dolları dəyərində 2 min 947 ton kərə yağı idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 60 %, kəmiyyət olaraq – 80 % çoxdur.
Azərbaycan Yeni Zelandiyadan 6,21 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2 dəfə çoxdur) 1 min ton (+2,5 dəfə), İrandan 5,71 milyon ABŞ dolları dəyərində (+93 %) 1 min 356 ton (+99,4 %), Belarusdan 1,11 milyon ABŞ dolları dəyərində (+72 %) 191 ton (+2,1 dəfə), Finlandiyadan 769 min ABŞ dolları dəyərində (+58 %) 117 ton (+86 %), Fransadan 580 min ABŞ dolları dəyərində (+60 %) 83 ton (+85 %) kərə yağı alıb.
2023-cü ildə Azərbaycana 15 ölkədən idxal edilmiş 16 min ton kərə yağının 43 %-i Yeni Zelandiyanın, 33 %-i İranın payına düşüb.