Azərbaycan əsas tədarük bazarından karri alışını kəskin artırıb

Biznes
  • 26 may, 2025
  • 18:33
Azərbaycan əsas tədarük bazarından karri alışını kəskin artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan 60,35 min ABŞ dolları dəyərində 23,86 ton karri idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 25 %, kəmiyyət olaraq – 3 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan İrandan 33,92 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 4 dəfə çox) 21,45 ton (+5 dəfə), İtaliyadan 9,96 min ABŞ dolları dəyərində 0,16 ton (bir il əvvəl tədarük olmayıb), Almaniyadan 5,95 min ABŞ dolları dəyərində (-24 %) 1 ton (-4 %), Türkiyədən 5,86 min ABŞ dolları dəyərində (+30 %) 0,84 ton (+8 %), Vyetnamdan 4,6 min ABŞ dolları dəyərində (+22 %) 0,4 ton (dəyişməyib) məhsul alıb.

2024-cü ildə Azərbaycana idxal edilmiş 53 ton karrinin 60 %-i İranın payına düşüb.