Azərbaycan Əfqanıstana vafli tədarükünü bərpa edib
- 04 dekabr, 2023
- 09:33
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin ilk 9 ayında Azərbaycana 12,91 milyon ABŞ dolları dəyərində 3 min 984 ton vafli və vafli həbləri idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 50 %, kəmiyyət olaraq – 32 % çoxdur.
Azərbaycan Türkiyədən 4,52 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 68 % çoxdur) 940 ton (+36 %), Rusiyadan 3,32 milyon ABŞ dolları dəyərində (-17 %) 1 min 674 ton (-1,4 %), Bolqarıstandan 1,32 milyon ABŞ dolları dəyərində (+91 %) 316 ton (+56 %), Almaniyadan 1,23 milyon ABŞ dolları dəyərində (+11 dəfə) 251 ton (+11,4 dəfə), Ukraynadan 1,17 milyon ABŞ dolları dəyərində (+4 dəfə) 381 ton (+3,5 dəfə) məhsul alıb.
Hesabat dövründə Azərbaycandan 2,81 milyon ABŞ dolları dəyərində (+31 %) 1 min 214 ton (+22 %) vafli ixrac edilib.
Azərbaycan Yəmənə 1,35 milyon ABŞ dolları dəyərində (+46 %) 511 ton (+43 %), Gürcüstana 1,16 milyon ABŞ dolları dəyərində (+49 %) 564 ton (+27 %), Türkiyəyə 64 min ABŞ dolları dəyərində 32 ton (bir il əvvəl tədarük olmayıb), İrana 48,3 min ABŞ dolları dəyərində (+26 %) 22,8 ton (+21 %) Əfqanıstan 47,62 min ABŞ dolları dəyərində 20,75 ton məhsul satıb.
Azərbaycan 1 il 8 aylıq fasilənin ardından Əfqanıstana vafli tədarükünü bərpa edib.