Azərbaycan əczaçılıq məhsullarının idxalına çəkdiyi xərci 23 % azaldıb

Biznes
  • 20 iyul, 2024
  • 05:50
Azərbaycan əczaçılıq məhsullarının idxalına çəkdiyi xərci 23 % azaldıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 248,06 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib.

"Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 23,1 % azdır.

Hesabat dövründə Azərbaycan həmçinin 2,235 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 5,6 dəfə azdır.

Əczaçılıq məhsulları üzrə idxal Azərbaycanın ümumi idxalının 2,8 %-ni, ixrac isə ümumi ixracın 0,02 %-ni təşkil edib.

Xatırladaq ki, 6 ayda Azərbaycan xarici ölkələrlə 21 milyard 768,18 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 16,8 % azdır.

Xarici ticarət dövriyyəsinin 12 milyard 901 milyon ABŞ dolları ixracın, 8 milyard 867,2 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 28,2 % azalıb, idxal isə 8,2 % artıb.

44 filmi