Azərbaycan Danimarkaya polietilen tədarük etməyə başlayıb

Biznes
  • 11 yanvar, 2024
  • 08:46
Azərbaycan Danimarkaya polietilen tədarük etməyə başlayıb

2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan 136 milyon ABŞ dolları dəyərində 130 min 562 ton polietilen ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 13 %, kəmiyyət olaraq – 39 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyaya 82,8 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,1 dəfə çoxdur) 65 min 824 ton (+2,6 dəfə), Türkiyəyə 29,3 milyon ABŞ dolları dəyərində (-26 %) 35 min 927 ton (+7 %), Çinə 17,82 milyon ABŞ dolları dəyərində (-20 %) 22 min 568 ton (+5,6 %), Ukraynaya 2,9 milyon ABŞ dolları dəyərində (-33 %) 3 min 192 ton (-10 %), Özbəkistana 1,2 milyon ABŞ dolları dəyərində (-34 %) 1 min 212 ton (-10 %) məhsul satıb.

Ötən il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Danimarkaya (38 min ABŞ dolları dəyərində 16,5 ton) tədarük həyata keçirilib.