Azərbaycan Danimarkadan duz tədarükünü bərpa edib

Biznes
  • 07 fevral, 2025
  • 08:08
Azərbaycan Danimarkadan duz tədarükünü bərpa edib

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 1,45 milyon ABŞ dolları dəyərində 11 692 ton duz (qida üçün yararlı, yodlaşdırılmış) idxal edib.

"Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 31 %, kəmiyyət olaraq – 25 % çoxdur.

Hesabat dövründə Azərbaycan İrandan 742 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 48 % çoxdur) 9 043 ton (+45 %), Rusiyadan 208 min ABŞ dolları dəyərində (-45 %) 1 288 ton (-51 %), Belarusdan 162 min ABŞ dolları dəyərində (+27 dəfə) 643 ton (+46 dəfə), Pakistandan 99,1 min ABŞ dolları dəyərində (+2,4 dəfə) 168 ton (+3 dəfə), Türkiyədən 99 min ABŞ dolları dəyərində (+11 %) 230 ton (-3 %) məhsul alıb.

Azərbaycan 10 il 5 aylıq fasilənin ardından Danimarkadan tədarükü (0,14 min ABŞ dolları dəyərində 0,03 ton) bərpa edib.