Azərbaycan daha iki ölkədən akkumulyator tədarük etməyə başlayıb

Biznes
  • 04 yanvar, 2024
  • 05:46
Azərbaycan daha iki ölkədən akkumulyator tədarük etməyə başlayıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 30,5 milyon ABŞ dolları dəyərində 2 milyon 174 min 393 ədəd akkumulyator idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 22,3 %, kəmiyyət olaraq – 60 % çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 7,54 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 28 % çoxdur) 1 milyon 725 min 796 ədəd (+84 %), Türkiyədən 6,25 milyon ABŞ dolları dəyərində (+3,4 %) 141 min 313 ədəd (-0,6 %), Qazaxıstandan 3,66 milyon ABŞ dolları dəyərində (+19 %) 98 min ədəd (+9 %), Rusiyadan 2,9 milyon ABŞ dolları dəyərində (+60 %) 65 min 747 ədəd (+76 %), Belarusdan 1,7 milyon ABŞ dolları dəyərində (+6 %) 43 min 352 ədəd (+14 %) məhsul alıb.

Ötən il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Türkmənistan (34 min ABŞ dolları dəyərində 1 270 ədəd) və Səudiyyə Ərəbistanından (1,4 min ABŞ dolları dəyərində 4 ədəd) tədarük həyata keçirilib.

44 - Tezliklə