Azərbaycan daha bir ölkəyə tütün ixrac etməyə başlayıb

Biznes
  • 10 yanvar, 2025
  • 07:47
Azərbaycan daha bir ölkəyə tütün ixrac etməyə başlayıb

2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan 21,1 milyon ABŞ dolları dəyərində 6 475 ton tütün ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 5 dəfə, kəmiyyət olaraq – 3,5 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinə 5,7 milyon ABŞ dolları dəyərində 1 164 ton (bir il əvvəl tədarük olmayıb), İtaliyaya 4,3 milyon ABŞ dolları dəyərində 1 387 ton (bir il əvvəl tədarük olmayıb), Bolqarıstana 3,95 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 5,7 dəfə çoxdur) 1 310 ton (+5 dəfə), Yunanıstana 2,1 milyon ABŞ dolları dəyərində (+25 dəfə) 727 ton (+36 dəfə), Rusiyaya 1,5 milyon ABŞ dolları dəyərində (-33 %) 748 ton (-38 %) məhsul satıb.

Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Bosniya və Herseqovinaya (456 min ABŞ dolları dəyərində 134 ton) tədarük həyata keçirilib.

44 - Tezliklə