Azərbaycan daha bir ölkəyə qara çay tədarük etməyə başlayıb

Biznes
  • 11 mart, 2025
  • 16:57
Azərbaycan daha bir ölkəyə qara çay tədarük etməyə başlayıb

2024-cü ildə Azərbaycan 6,1 milyon ABŞ dolları dəyərində 656 ton qara çay ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin göstəricisindən dəyər ifadəsində 1 %, kəmiyyət olaraq – 1 % azdır.

Hesabat dövründə Azərbaycan Gürcüstana 3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 4,6 % az) 326 ton (-6 %), Ukraynaya 1,7 milyon ABŞ dolları dəyərində (+17 %) 186 ton (+14 %), Səudiyyə Ərəbistanına 475 min ABŞ dolları dəyərində (+95 %) 45 ton (+96 %), Təyin olmayan ölkəyə (Rüsumsuz Ticarət Mağazasından alınıb) 198 min ABŞ dolları dəyərində (+23 %) 11,7 ton (+22 %), Almaniyaya 155 min ABŞ dolları dəyərində (+4,3 dəfə) 13,33 ton (+3,6 dəfə) məhsul satıb.

Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Suriyaya tədarük (35,5 min ABŞ dolları dəyərində 2,2 ton) həyata keçirilib.

2023-cü ildə Azərbaycandan 25 ölkəyə ixrac edilmiş 663 ton qara çayın 52,2 %-i Gürcüstanın payına düşüb.

44 - Tezliklə