Azərbaycan daha bir ölkəyə gil tədarük etməyə başlayıb
- 05 fevral, 2024
- 08:01
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycandan xarici ölkələrə 12,8 milyon ABŞ dolları dəyərində 154 min 939 ton gil (bentonit, digər gillər) göndərilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 8 %, kəmiyyət olaraq – 2,6 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyaya 10 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 13 % çoxdur) 136 min 724 ton (+6 %), Yaponiyaya 1,74 milyon ABŞ dolları dəyərində (+32 %) 6 min 624 ton (+27 %), Belarusa 646 min ABŞ dolları dəyərində (-24 %) 3 min 623 ton (-25 %), Polşaya 300 min ABŞ dolları dəyərində (-52 %) 6 min 438 ton (-31 %), Almaniyaya 68,3 min ABŞ dolları dəyərində (+55 %) 1 min 512 ton (+50 %) məhsul satıb.
Ötən il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Böyük Britaniyaya (0,04 min ABŞ dolları dəyərində 0,13 ton) tədarük həyata keçirilib.